İncəsənət
İncəsənət

Gülzar Qurbanovanın Vyetnam səfəri

Gülzar Qurbanovanın Vyetnam səfəri

Əməkdar artist Gülzar Qurbanova Vyetnama yollanıb.

OLAY yazır ki, bu haqda 54 yaşlı sənətçi özü məlumat verib.

Aktrisa Vyetnamın turistik şəhəri Nha Trangda keçirilən  “Golden Kite Awards” (Qızıl Çərpələng) mükafatlandırma mərasiminə qatılıb.

Baş tutan dövlət əhəmiyyətli və mötəbər mərasimdən çəkilən görüntüləri instaqram səhifəsində yayımlayan sənətçi ““Golden Kite Awards” (Qızıl çərpələng), Vyetnam Oskarına aparan qırmızı xalıda gəzmək hadisələri cazibədardır. Emosiyalar qürur və məsuliyyət arasında dəyişir. Özünü mədəniyyət və incəsənətin bir hissəsi kimi hiss edirsən, hər anın diqqət və gözləntilərlə dolu olduğu səhnəni keçməyə bənzəyir. Bütün gözlərin üzərində olduğunu anlayırsan və atmosfer, parlaq işıqlar, təntənəli musiqi nağıl tamaşasının illüziyasını yaradır, burada bir neçə dəqiqəlik qəhrəmana çevrilirsən” fikirlərini ifa edib. 

Səfər çərçivəsində Qurbanova Azərbaycanın Vyetnamdaki fövqəladə və səlahiyyətli səfiri cənab Şövqi Mehdizadə, Vyetnam kino assosiasiyasının prezidenti cənab Hum Tu bir araya gəlib. Bununla yanaşı aktrisa Belarusiyanın Vyetnamdakı səfiri Vladimir Borovikov və Dananq şəhərinin kino assosiasiyasının sədri, rejissor Tra Xuan Phuong görüşüb.

G.Qurbanova Vyetnamın ən məşhur kurort şəhərlərindən biri Nha Tranga yollanıb. Turistik şəhərciyini gəzib, dolaşan aktrisa orada yerləşən Vyetnam Xalq Təsviri İncəsənət Mərkəzinə də baş çəkib. 

Asiyanın qonaqpərvərliyindən söz açan sənətçi izləyicilərinə Nha Trang (Nyaçanqa) üz tutmağı məsləhət görüb. 

Qeyd edək ki, Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir.