İncəsənət
İncəsənət

Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi

Xalq artisti, Naxçıvan Ali Məclisində deputatlığa namizəd olmuş Həsən Ağasoyun səhhətində problem yaranıb.

OLAY-ın əldə etdiyi məlumata görə, belində güclü ağrılar əmələ gələn sənətçi evində müalicə olunmağa başlayıb.

“Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah yaxşı olar, düzələcəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar”, - deyə, H. Ağasoy vurğulayıb.