İncəsənət
İncəsənət

Tanınmış rus aktyor vəfat etdi

Tanınmış rus aktyor vəfat etdi

Rusiyanın Xalq artisti Leonid Kuravlyov vəfat edib.

OLAY yazır ki, sənətçi 86 yaşında dünyasını dəyişib. 

Xatırladaq ki, aktyor bir müddət öncə ağciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Mərhum sənətçi “İvan Vasilyeviç peşəsini dəyişir”, “Baharın on yeddi anı”, “Peterburqdan anonim adam”, “Görüş yerini dəyişmək olmaz”“, Həyat üçün təhlükəlidir” kimi filmlərdə rol alıb.