Prezident İlham Əliyev Rafael Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
OLAY yazır ki, Sərəncamla Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, R. Hüseynov 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur. Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
Avqustun 12-si onun 70 yaşı tamam olur.