İncəsənət
İncəsənət

“Sənsiz” ilk qastroluna gedir

“Sənsiz” ilk qastroluna gedir

Akademik Milli Dram Teatrı “Sənsiz” tamaşası ilə ölkəmizi Beynəlxalq forumda təmsil edəcək.

OLAY yazır ki, Teatr Qazaxıstanda keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda iştirak edəcək.

Forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də “Sənsiz” tamaşası nümayiş olunacaq. 

Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadədir.

Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırırlar.

Qeyd edək ki, kollektiv 5 iyun tarixində Almatı şəhərinə yollanacaq.