Mayın 31-də tarixində müstəqil M.Teatr – “Mənim Teatrım”ın səhnəsində məşhur İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “OVOD” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
OLAY yazır ki, yeni hazırlanan tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulova, işıq rəssamı Yusif Adıgözəlov, dərzi Məhin Quluzadədir.
Səhnə əsərində rolları Xalq Artisti Vidadi Həsənov, əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov,Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
Məlumat üçün bildirək ki, “Ovod”, 1897-ci ildə ABŞ-də çap olunub. Əsər Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın, əsasən, atası kordinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir.
Tamaşanın növbəti premyerası 07/08-iyun saat 19:00-da baş tutacaq.