Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovla görüşüb.
OLAY yazır ki, mədəni və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial nəzərdən keçirilib, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu da yer alıb.