İncəsənət
İncəsənət

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

27 aprel - 3 may tarixləri arasında Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək.

OLAY yazır ki, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

Klassik musiqi sevərlər üçün böyük miqyaslı festivalın keçirilməsi bir bayrama çevriləcək. Yeddi gün ərzində müxtəlif konsert meydançalarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaq. Layihənin əsas məqsədi-Azərbaycanda klassik musiqinin təşviqatı və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək.

Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətçilər yer alacaq.