İncəsənət
İncəsənət

Türker İnanoğlu vəfat etdi

Türker İnanoğlu vəfat etdi

Məşhur türkiyəli rejissor və prodüser Türker İnanoğlu vəfat edib.

OLAY yazır ki, səhhətində anidən yaranan nasazlıq səbəbiylə xəstəxanaya aparılan sənətçi axşam saatlarında dünyadan köçüb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Arka sokaklar”, “Akasya durağı” kimi məşhur seriallara imza atan İnanoğlu “Yeşilçam”ın 2 ustad aktrisası Filiz Akın və Güşen Bubikoğlu ilə ailəli olub, 2 övladı var. 

Qeyd edək ki, onun F. Akınla evliliyindən dünyaya gələn övladı İlker İnanoğlu aktyordur və illərdir “Arka sokaklar” serialında rol alır.