İncəsənət
İncəsənət

Sezen Aksu niyə səhnəylə vidalaşıb?

Sezen Aksu niyə səhnəylə vidalaşıb?

Məşhur türkiyəli müğənni Sezen Aksunun uzun zamandır konsert verməməsinin səbəbi məlum olub.

OLAY yazır ki, bu barədə sənətçinin yaxın rəfiqəsi, aktrisa Emel Müftüoğlu açıqlama verib.

“Hər dəfə səhnəyə çıxanda həyəcanlanıb stresə düşürdü. Səhnələri buraxmasaydı, sağlamlığına mənfi təsir göstərəcəkdi. Sezenin empatiya hissi çox güclüdür. Bir dəfə film izləyərkən ağlamaqdan vəziyyəti pisləşdi, təcili tibbi yardımla xəstəxanaya apardıq”, - deyə, o, bildirib. 

Qeyd edək ki, S. Aksu 2016-cı ilin yanvarında İstanbulda səhnə alan zaman öncədən danışdığı bir neçə konserti də verib səhnəylə vidalaşacağını açıqlayıb.