İncəsənət
İncəsənət

Van Qoqun tablosu 4,5 milyon avroya satıldı

Van Qoqun  tablosu 4,5 milyon avroya satıldı

Maastrixtdə keçirilən Avropa təsviri incəsənət sərgisində Vinsent Van Qoqun “Ağ papaqlı kəndli qadının portreti” kimi tanınan tablosu 4,5 milyon avroya satılıb.

OLAY yazır ki, əsərin satıcısı qismində Yeni Orleandan olan Amerika qalereyası M. S. Rau çıxış edib. Alıcı Avropadan kənarda öz muzeyi olan şəxsi kolleksiyaçı olub, lakin onun kimliyi açıqlanmayıb. 63x48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm Van Qoq tərəfindən 1884-cü ildə Hollandiyanın Nuenen şəhərində (indiki Eyndhoven şəhəri) yaşayarkən yaradılıb.

Qeyd edək ki, ötən il Hollandiyada Van Qoqun oğurlanmış tablosu tapılmışdı. Van Qoqun 3-6 milyon avro dəyərində olan “Nuenen, Bahardakı Kahin bağı” adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Rəssamın 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası səbəbindən karantin zamanı Amsterdam yaxınlığında yerləşən Singer Laren Muzeyindən oğurlanıb.