Hollivud dünyanısının “ən”lərinin seçildiyi “Oskar” mükafatları görkəmli mərasimlə sahiblərinə verilib.
Cimmi Kimmelin aparıcılığı etdiyi tədbirdə “Oppenheimer” 7 ödül qazanaraq zirvədə yer alıb. Emma Ston isə “Poor Things” filmi ilə karyerasında ikinci “Oskar”ı qazanıb. Hollivudun ən prestijli gecəsində diqqət çəkən anlar yaşanıb.
OLAY gecədən ən maraqlı anları təqdim edir:
Emma Ston “Poor Things” filmi ilə ikinci “Oskar”ını qazanıb. O, “Ən yaxşı aktrisa” nominasiyası üzrə qalib olub.
Mükafatı qazananda çaşqınlığını gizlədə bilməyən aktrisa səhnədə danışmaqda çətinlik çəkib və kövrəlib.
34 yaşlı aktrisa Vanessa Hadgens isə “Oskar”ın qırmızı xalısında hamilə olduğunu açıqlayıb.
Ötən aylarda Kol Takerlə evlənən Vanessa “Vera Wang Couture” paltarı ilə bütün dünya mediasına açıqlama verib.
Aktyor Con Sena “Oskar”a öyrəşdiyimiz formada yox, çılpaq çıxıb. “Ən yaxşı kostyum” mükafatını təqdim etmək üçün səhnəyə gələn sənətçi yalnız ayaqlarına çəkələk geyinməklə kifayətlənib. Daha sonra gecənin aparıcısı Cimmi Kimmel onu pərdəyə bürüyüb. Ödülün sahibi isə “Poor Things” filmi oldu.
Hər il olduğu kimi bu il də “Oskar”da ötən il həyatını itirən şəxslər yad edilib. “Memoriam” adlı bölümdə Anqus Klaud, Land Reddik, Norman Lear Kimi adlar yer alıb.
Hər nə qədər televiziyadakı rolları ilə tanınsalar da Metyu Perri və Andre Brauqher bu bölümdə yad olunub. Tina Törner, Robbi Robertson və Ryuçi Sakamoto da unudulmayıb.
Rami Yusif, Mark Ruffalo və Billi Aylişin də aralarında olduğu Hollivud ulduzları isə “Qəzzada atəşkəş” tələbini simvolizə edən qırmızı broşlarla gecəyə qatılıb.
Səhnəyə “Ən yaxşı film” mükafatını təqdim etmək üçün çıxan Al Paçinoun gecənin maraqla gözlənilən anındakı hərəkətləri sosial mediada viral olub. Paçinonun “Oppenheimer” deyərkən tərəddüd etməsi və sonrasında çox rahat formada söyləməsi coşğulu anlara kölgə salıb.
“The Holdovers” filmindəki rolu ilə “Ən yaxşı ikincidərəcəli aktrisa” ödülünü qazanan Devayn Coy Rendolfun kövrək anları diqqət çəkib. Sənətçi “Aktrisalığı karyera edəcəyimi düşünmürdüm. Uzun zamandır fərqli olmaq istədim və indi anlayıram ki, özüm olmağım bəs edirmiş. Məni gördüyünüz üçün təşəkkürlər”.
“Barbie”nin ulduzu Rayan Qoslinq də filmdə səsləndirdiyi “I'm Just Ken” mahnısı hər nə qədər mükafat qazanmasa da, aktyor gecəyə performansı ilə damğa vurub.
Çəhrayı kostyum geyinən Ken rəqqaslarla səhnə şousu göstərib. Qoslinq mahnıya partnyoru Marqot Robbininin arxasından baxmaqla başlayıb. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.
Qoslinqin performansı Merilin Monronun ikonik “Diamonds Are A Girl's Best Friend” şousuna bənzədilib.