İncəsənət
İncəsənət

“Bəyin oğurlanması”nın Gülbadamı dəfn edildi

“Bəyin oğurlanması”nın Gülbadamı dəfn edildi

Aktrisa Naibə Əlibəyova vəfat edib.

OLAY yazır ki, bununla bağlı jurnalist Əli Novruzəliyev məlumat yayıb.

O, sənətçinin dünyasını dəyişdiyini bildirib.

***

Aktrisa Naibə Əlibəyova dəfn edilib.

OLAY APA-ya istinadın yazır ki, dünən gecə vəfat edən aktrisa Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, aktrisa daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb.

O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.