İncəsənət
İncəsənət

“Rasim Balayev varsa, mən orada yoxam”

“Rasim Balayev varsa, mən orada yoxam”

Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm

OLAY yazır ki,  bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib:

“Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır mən orada yoxam”.

Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib:

“Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.