İncəsənət
İncəsənət

“Qarabağ FK - 30 mövsüm səfərdə” filmi təqdim edildi

“Qarabağ FK - 30 mövsüm səfərdə” filmi təqdim edildi

“Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filmi təqdim edilib.

OLAY yazır ki, “Qarabağ” Futbol Klubundan bəhs edən ekran işinin təqdimatı Heydər Əliyev Mərkəzində baş tutub. Mərasimdə Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ölkənin idman və mədəniyyət nümayəndələri iştirak ediblər.

Filmdə “Qarabağ” Futbol Klubunun keçdiyi tarixi dövrdən bəhs olunub, komandanın SSRİ dövründəki uğurları izləyicilərin diqqətinə çatdırılıb, xarici jurnalistlərin və futbolçuların “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladığı materiallar və fikirləri də yer alıb. Həmçinin, klubun Avropa Liqasındakı uğurları, adının Avropanın tanınmış klubları ilə bir sırada çəkilməsi vurğulanıb. Klubun baş məşqçisi Qurban Qurbanovun “Qarabağ”ın uğurlarındakı rolu xüsusi qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, “Salnaməfilm” və “Azərbaycanfilm”in ortaq layihəsi olan layihə 4 hissədən ibarətdir.