Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının tamaşası hazırlanıb.
OLAY yazır ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı sosial media hesabında məlumat yayıb.
“Böyük bir heyət gecə-gündüz çalışır. Çox böyük eşqlə, şövqlə, həvəslə... Teatrımızda bu heyətdə, bu aktyor sayı ilə tamaşa heç vaxt olmayıb. 60 nəfərə yaxın məşhur aktyor eyni tamaşada çıxış edir”, - deyə, o bildirib.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Azər Hacıələsgərli, geyim rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Vaqifoğludur. Qrafik işi isə Binyamin Sailov, Ruslan Kərimov və Tərlan Əsgərliyə həvalə edilib.
9-10 mart tarixlərində saat 19:00-da baş tutacaq tamaşanın biletlərini teatrın kassasından və İticket.az saytından əldə edə bilərsiniz.