İncəsənət
İncəsənət

Qazax musiqiçi öldürüldü

Qazax musiqiçi öldürüldü

Qazaxıstanın tanınmış kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı qətlə yetirilib.

OLAY yazır ki, bu barədə onun dostu Daniyar Adilbəyov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildiirb ki, Bitayevin  qətli yanvarın 7-i avtomobilini əlindən almaq istəyən radikallardan gizlənmək istəyən zaman baş verib. Adilbəyovun sözlərinə görə, kütlə arxadan gəlib qapıları açmağa çalışıb:

 “Talançılar gedən maşının arxasınca atəş açmağa başlayıblar. Bir güllə Sakenin ciyərini deşib”.

Daniyar qeyd edib ki, mərhumun nəşini valideynləri apara bilməyib. Buna səbəb şəhərdə ölümü sənədləşdirmək üçün kifayət qədər polisin olmamasıdır. Bütün təhlükəsizlik qüvvələri etirazların yatırılmasında iştirak edir.