Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür
OLAY yazır ki, bu münasibətlə Azərbaycanın Gürcüstandakı səfirliyinin də təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına başlanılıb. Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tbilisi şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tbilisi şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib. Bu ilin fevralında bərpa işlərinə başlanılıb. Avqustda başa çatması planlaşdırılan bərpa-bərkitmə işlərindən sonra təmirə start veriləcək.
Qeyd edək ki, ev-muzeyin himayədarı Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzovdur.