İncəsənət
İncəsənət

Gülhüseyn Kazımlı vəfat etdi

Gülhüseyn Kazımlı vəfat etdi

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib.

OLAY yazır ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. O, 15-dən çox kitaba müəlliflik edib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər həyata keçirirdi. “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrə koordinatorluq edirdi.