İncəsənət
İncəsənət

Heydər Əliyev Fondu şairin müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu şairin müalicəsini nəzarətə götürdü

Şair Məmməd İsmayılın səhhətində problem yaranıb.

OLAY yazır ki, şairin qızı İntizar İsmayıl atasının belində yırtıq olduğunu deyib. Bu haqda o, APA-ya açıqlama verib.

"Atamın belində yırtıq var. Ötən ilin iyununda Türkiyədə əməliyyat edilmişdi, amma əməliyyatın nəticəsi nəsə yaxşı olmadı. Hazırda Bakıda da bu istiqamətdə müalicəsi aparılır. Yəqin ki, hələ bir müddət xəstəxanada qalacaq, burada müalicəsi davam etdiriləcək. Bir həftədir, Heydər Əliyev Fondu atamın səhhəti ilə bağlı prosesi nəzarətə götürüb. Sağ olsunlar ki, belə bir məqamda bizə dəstək olublar. Mən öz adımdan, atamın adından Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyevaya dəstək üçün təşəkkür edirəm", - deyə, İntizar İsmayıl bildirib.