İncəsənət
İncəsənət

Xalq artisti 76 yaşında

Xalq artisti 76 yaşında

Bu gün Xalq artisti Elxan Əhədzadənin anadan olmasının 76 ili tamam olur.

OLAY yazır ki, Elxan Əhədzadə 1948-ci il yanvarın 30-da Bakıda anadan olub. O, S.Vurğun adına Rus Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Mahnı Teatrında çalışıb. Vokal ifaçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox yaddaqalan obrazlar yaradıb.

“Leyli və Məcnun” əsərində Nofəl, “Karmen” operasında Eskamin, “Vaqif” operasında Şah Qacar, “Solğun çiçəklər”də Bəhram, “Riqoletto” operasında Riqoletto, “Sevilya bərbərin”də Fiqaro kimi obrazları canlandırıb. O, “Çətirimiz buludlardır”, ”Üzü küləyə”, “Bəylik dərsi”, ”Babək”, “Ordan-burdan” və “Həyat bizi sınayır” adlı ekran əsərlərində maraqlı rol ifaçısı kimi yadda qalıb.

Görkəmli aktyor 2010-cu ildə vəfat edib.