Ustad aktyor İzzet Günay növbəti açıqlaması ilə diqqqət çəkib.
OLAY yazır ki, sənətçi bu günə qədər 119 filmə çəkildiyini deyib.
“119 filmə çəkilmişəm, amma filmlərimin sadəcə 35-i indiyədək saxlanılır. Qalanları məndə də yoxdur. Televiziyalarda yayımlananlar var sadəcə. Filmlərin neqativləri gümüş olduğuna görə, təəssüf ki, əridiblər. O filmləri mən də, türk xalqı da bir daha görə bilməyəcək. Bu səbəbdən türk kinosunda böyük itki var. Kaş, o filmləri yenidən izləyə bilərdik”.