Xalq artisti Mələkxanım Eyubovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.
OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
O, mərasimdən fotolar paylaşıb və bu sözləri yazıb: “Azərbaycan Respublikasının fəxri diplomu”nu almağım münasibətilə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm! Təltif olunan bütün sənət dostlarımı ürəkdən təbrik edirəm”.
Dövlət təltifini elm və təhsil naziri Emin Əmrullayev xanəndəyə təqdim edib