Xalq artisti Nəzakət Teymurova uzun müddət sonra Leyli obrazı ilə səhnəyə çıxıb.
OLAY yazır ki, operadan fotolar paylaşan sənətçi bu sözləri qeyd edib:
“Yenə öz dəryamda idim. Mən operada böyüdüm. Opera səhnəsinin tozu ilə qidalandım. Opera səhnəsi mənə bu sənətin zirvəsini göstərdi. 6 il aradan sonra yenidən öz dünyama qovuşdum… Öz doğma səhnəmə qovuşdum. 6 ildən sonra Leylinin libasını üstümə geyindim, ruhunu ruhuma hopdurdum. Səhnədə Leylinin segahının ahı ilə etiraz etdim 6 illik ayrılığa… Rəzul Rza demişkən , “Od nə çəkdi, küldən soruş”…Opera və Balet Teatrının direktoru, əsl sənətkar Yusif Eyvazov öz və pərəstişkarlarımın şükranını çatdırıram . Verdiyiniz dəyərə görə minnətdaram”.
Y. Eyvazov isə Teymurovaya bu şərhi yazıb:
“Dəyərli, əziz Nəzakət xanım. Sizin Operanən solisti olmağınız bizim üçün şərəfdi. Sizin istedadınızın və əvəzolunmaz ifanızın qiyməti yoxdu. Mən sizə təşəkkür edirəm, gözəl sənətkar”.
Xalq artistinin tərəf müqabili isə həmkarı Mənsum İbrahimov olub.