Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov (tenor), onun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) yanvarın 16-da və 25-də Paris Operasında “Adrienna Lekuvrör” tamaşasında çıxış edəcəklər.
OLAY yazır ki, tanınmış italyan bəstəkarı Françesko Çileanın əsərində titul partiyanı Anna Netrebko, onun sevgilisi Mauritsio (qraf Moris Saksonski) partiyasını isə Yusif Eyvazov səsləndirəcək.
XVIII əsrin ortalarında baş vermiş hadisələrdən, gerçək insanların – “Komedi Fransez” aktrisası Adrianna Lekuvrör ilə Fransa sərkərdəsi qraf Morits Saksonskinin böyük və faciəvi sevgisi XIX əsrdə Eje Skrib və Ernest Lequvenin eyniadlı dramında yer alıb.
1902-ci ildə isə librettosu həmin dram əsasında yazılmış opera əsəri tamaşaya qoyulub.