Azərbaycan Film Akademiyasının yeni layihəsi olan “BÖ” qorxu və komediya filminin treyleri yayımlanıb.
OLAY yazır ki, ekran işində hadisələr Talış mifologiyasında geniş yayılan Alajen personajının ətrafında cərəyan edir.
Bir qrup gənc Alajendən bəhs edən qorxu filmi çəkmək qərarına gəlir. Çəkilişlər zamanı Alajenin mif deyil, həqiqət olduğunun şahidi olurlar.
Rejissor Zaur Tahirsoyun direktorluğu ilə lentə alınan “BÖ” filmi tezliklə kinoteatrlarda təqdim olunacaq.
Qeyd edək ki, bu, Azərbaycan Film Akademiyasının kinoteatrlarda yayımlanan sayca 4-cü layihəsidir. Öncədən “Bakının Açarı”, “Həyat Nə Qəribəsən” və “Möcüzələr Akademiyası” filmi kinoteatrlarda nümayiş olunub.