İncəsənət
İncəsənət

O da AKİ-yə üzv oldu

O da AKİ-yə üzv oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvü Rafael Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

OLAY yazır ki, R.Hüseynov 1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışıb.

2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.

Qeyd edək ki, Rafael Hüseynov 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi , 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.
 Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında

“Ocaq başı”(1990), “Məhsəti zirvəsi” (2013), “Söz məbədi.Nizaminin salamı” (2020), “Bakıxanovlar” (2020), “İşıqla yazılan tarix”(2020), “Hər evin qonağı”(2021) sənədli elmi-kütləvi  filmləri var.