İncəsənət
İncəsənət

Onların təqaüdü artırıldı

Onların təqaüdü artırıldı

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanda dəyişiklik edib.

OLAY yazır ki, təqaüdlər Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün isə 100 manatdan 120 manata qaldırılıb.