İncəsənət
İncəsənət

Adil Kərimli Gəncədə vətəndaşları qəbul edib

Adil Kərimli Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.

OLAY yazır ki, Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşları qəbul edib. 

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbulda əsasən Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlər iştirak ediblər. 

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatı, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub. Yerlərdə mədəni fəaliyyət və müəssisələrin işinin təşkili ilə bağlı təkliflər də səsləndirilib.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.