İncəsənət
İncəsənət

“Həmişə yaşımdan böyük rolları ifa etmişəm”

“Həmişə yaşımdan böyük rolları ifa etmişəm”

“Nazik mətləb” filmində 25 yaşlı gənc qızı oynayan Əməkdar artist Gülzar Qurbanova bu rolundan danışıb

OLAY yazır ki, “Sabahın xeyir, Azərbaycan” proqramına qonaq olan aktrisa əvvəllər daha yaşlı rolları ifa etdiyini söyləyib:

“18 yaşında olanda Moskvada kinematoqrafiya institutunda oxuyurdum. O zaman kino xəritəmi çəkən Rasim Ocaqovun “Ölsəm bağışla” filminə dəvət olundum. Hər kəs məni o filmlə tanıyır. Yəni 18 yaşımda 22-23 yaşlı bir qadını oynadım. İllər keçdi, Bakıya qayıtdım, gənc idim, böyük arzularla gəlmişdim. Hər şeyi də bacarırdım. Elə zamana və mühitə düşdüm ki, bu potensialı açmağa imkan olmadı. Nədənsə filmlərdə məni ana rollarına çağırdılar. Yəni mən hamının anası oldum. Hətta “Sübhün səfiri” filmində də Rasim Balayevin anası rolunda oynadım. Həmişə yaşımdan böyük rolları ifa etdim. Amma yaş alanda, haradasa 49-50 yaşa çatanda məni gənc rola dəvət etdilər. Bilmirəm, bu kinonun bir möcüzəsidirmi”.