Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.
OLAY yazır ki, bu barədə o, feysbuk hesabında məlumat yayıb.
N.Allahyarova bundan sonra hansı sahədə çalışacağı ilə bağlı açıqlama verməyib: “Mən özüm ərizə ilə müraciət edərək işdən ayrılmaq istədiyimi bildirmişəm. Adil müəllim (red: mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli) təkidlə mənə işdə qalmağımı bildirdi. İşdən çıxmağıma səbəb həmişə müəyyən şərtlərin dəyişməsi və mənim onlarla razılaşmamağım olub”.