Ötən gün Xalq artisti Əbdül Mahmudovun ünvanına ağır ittihamlar səsləndirdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının sədri Şəfiqə Məmmədovanın səhhətində problem yaranıb.
Bu barədə sənətçi OLAY-a özü açıqlama verib. Rejissorun iddialarına cavab almaq istəsək də, aktrisa səhhətinin yaxşı olmadığını bildirib:
“Mən xəstəyəm. Heç halım yox idi. İndi baxıram ki, neçə nömrədən mənə zəng gəlib. Qrip olmuşam. Açıqlama sonraya qalsın, xahiş edirəm”.
Qeyd edək ki, Ə. Mahmudov Qafqazinfo-ya açıqlamasında Ş. Məmmədovanın seçki olmadan özünü sədr elan etdiyini və onu qurultaya çagırmadığını, aktrisanın yenidən rəhbər seçilməsindən xəbərinin sonradan olduğunu deyib.