Birinci vitse-prezident Mehriban Əliyeva ad günü olan Xalq rəssamı Ömər Eldarovu təbrik edib.
OLAY yazır ki, bununla bağlı Birinci xanımın rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
“Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!”, - deyə, paylaşımda vurğulanıb.