İncəsənət
İncəsənət

“Mərmər soyuğu” daha bir festivalda

“Mərmər soyuğu” daha bir festivalda

“Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.

OLAY yazır ki, festival 12-18 dekabr tarixlərində Qazaxıstanın Almata şəhərində keçiriləcək. Qeyd edək ki, proqramda ümumilikdə 15 film iştirak edir.

Qeyd edək ki, “Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.