İncəsənət
İncəsənət

“Mərmər soyuğu”nun premyerası baş tutdu

“Mərmər soyuğu”nun premyerası baş tutdu

Asif Rüstəmovun dram janrında olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin premyerası keçirilib.

OLAY yazır ki, premyera iki gün ərzində 2 A kateqoriyalı festivalda baş tutub.

Qeyd edək ki, “Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.