İncəsənət
İncəsənət

Məleykə “Xurşidbanu Natəvan” oldu

Məleykə “Xurşidbanu Natəvan” oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanmış “Xurşidbanu Natəvan” tamaşasının premyerası olub.

OLAY yazır ki, Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq Artisti Azərpaşa Nemətov, quruluşçu rəssamı Mehman Fətullayev, quruluşçu rəssamı İlham Elxanoğlu, Əməkdar Mədəniyyət İşçisi, bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib. 

Tamaşada Xurşidbanu Natəvan obrazını Azərbaycanın xalq artisti Məleykə Əsədova canlandırıb.

Bundan əvvəl, M. Əsədova instaqramda post paylaşaraq sözügedən tamaşa üçün 1 ay hazırlaşdığını bildirib.