İncəsənət
İncəsənət

Ruhi Əliyevadan Tənzilə Rüstəmxanlıya təbrik

Ruhi Əliyevadan Tənzilə Rüstəmxanlıya təbrik

“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını ad günü münasibətilə təbrik edib. 

OLAY yazır ki, bununla bağlı iş xanımı instaqram hesabında status paylaşıb. R. Əliyeva T. Rüstəmxanlı və millət vəkili Sabir Rüstəmxanlı ilə fotosuna bu sözləri yazıb:

“Güclü türk qadını, gözəl ana, mükəmməl həyat yoldaşı, həssas insan və vətənpərvər xanım. Haqqında daha o qədər gözəl kəlmələr söyləyə bilərəm ki... Ona tanıdığım gündən heyranlıq duymuşam. Çətinə düşənin yardımına qoşması, çevrəsindəki hər kəsin dərdinə şərik olmağa çalışması, hamını əzizi, doğması kimi sevməyi bacarması ilə təkcə mənim yox, çoxlarının könlündə taxt qurub.

Onunla hər görüşümüzdə bircə qənaət hasil edirəm: o, Azərbaycanın, cəmiyyətimizin seçilmişlərindəndir. Kaş onun kimi mübariz, türk yurdunu, elini, millətini, ocağını sevən qadınlarımızın sayı çox olaydı. Çünki o, sevgidə də, mübarizədə də, dostluqda da gerçək bir örnəkdir. Gününüz mübarək, əziz insan! Bütün qəlbimlə sizə sağlam can, uzun ömür, şərəfli mübarizənizdə uğurlar diləyirəm!”.