Əməkdar artist Nigar Şabanova bir vaxtlar qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubova ilə bağlı açıqlama verib.
OLAY yazır ki, xanəndə “Səhərin səsi” verilişində qonaq olarkən ustadını yubileyi münasibətilə təbrik edib.
Belə ki, o, aparıcı Samir Bayramlının “Bu yaxınlarda Mələkxanım Eyubovanın yubileyi oldu, konsert verdi. Təbrik etdin” sualına “Yox, xəbərim olmayıb”, - deyə, cavab verib.
Nigar daha sonra “Doğrudan, xəbərim yox idi. Mən son paylaşımı 3-4 gün əvvəl etmişəm. Anamın səhhəti ilə bağlı sosial şəbəkələrdən uzaq düşmüşəm. Başım çox qarışıqdır. Sənətkarımızdır, təbrik edirəm. Uğurları bundan da bol olsun. Zatən ən böyük uğurları qazanıb. Amma ürəyində arzuladığı bir uğuru varsa, ona da nail olsun”, - deyə, vurğulayıb.
Qeyd edək ki, Nigar illər əvvəl fəxri ad aldığı zaman onu təbrik etməyən müəllimi M. Eyubovadan şikayətlənmişdi. Xalq artisti isə açıqlama verərək tələbəsinin ünvanına ağır sözlər demiş, “Nigar kimdir ki, onu hər dəqiqə gündəmə gətirim”, - deyə, bildirmişdi.