Bu gün Azərbaycanda teatrın yaranmasının 153-cü ildönümüdür.

OLAY yazır ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.