Aktyor Atakan Özkaya eşq yaşadığı həmkarı Dilin Döğer ilə romantik fotolar paylaşıb.
OLAY yazır ki, Atakan Özkaya sevgilisi ilə çəkdirdiyi ağ-qara şəkilləri İnstaqram hesabında izləyicilərlə bölüşüb.
Qeyd edək ki, birlikdə rol aldıqları “Uzak Şehir” serialında dostluqları sevgiyə çevrilən Dilin Döğer və Atakan Özkaya qısa müddət əvvəl münasibətlərini etiraf ediblər.