Aktrisa Skartlet Yohansson Nyu-York Film Festivalının açılışında nümayiş olunan yeni filmi “Kağız pələng”in premyerasında iştirak edib.

OLAY yazır ki, 41 yaşlı aktrisanı qırmızı xalçada həyat yoldaşı Kolin Cost, eləcə də filmdəki həmkarları Adam Drayver və Maylz Teller müşayiət edib.

Son vaxtlar nadir hallarda ictimaiyyət qarşısına çıxan Yohansson bu dəfə “Prada” brendinə məxsus, moherdən hazırlanmış, qayıq yaxalı boz mini don seçib. O, obrazını gümüşü rəngli nazik dabanlı sandal və eyni brendin çəhrayı çantası ilə tamamlayıb.

“Saturday Night Live” komediya şousunun ssenaristi olan 44 yaşlı Cost isə həyat yoldaşının geyimi ilə uyğunlaşan damalı kostyumda tədbirə qatılıb.

Skarlett Yohanson həyat yoldaşı ilə Skarlett Yohanson həyat yoldaşı ilə Skarlett Yohanson həyat yoldaşı ilə