Barbadosda hər yay keçirilən “Grand Kadooment Day” karnavalı adanın şəkər qamışı yığım mövsümünün başa çatmasını qeyd edən "Crop Over" festivalının ən möhtəşəm hissəsi hesab olunur.

OLAY yazır ki, rəngarəng karnaval geyimləri, möhtəşəm maskarad qrupları və ənənəvi olaraq Rihannanın festivaldakı görünüşü bu tədbirin əsas diqqət çəkən məqamlarındandır.

Dünya şöhrətli müğənni uzun illərdir doğma ölkəsində keçirilən bu karnavalda iştirak edir. Rihanna bu il də möhtəşəm küçə şənliyinə qayıdaraq pərəstişkarlarının qarşısına çıxıb.

Qeyd edək ki, o, festivala sonuncu dəfə 2024-cü ildə qatılmışdı.

Rihanna ənənəsinə sadiq qaldı Rihanna ənənəsinə sadiq qaldı Rihanna ənənəsinə sadiq qaldı Rihanna ənənəsinə sadiq qaldı