Viktoriya və Devid Bekhemlərin böyük oğlu Bruklin həyat yoldaşı ilə birlikdə Parisdə keçirilən “Balenciaga” nümayişinə qatılıb.
OLAY yazır ki, o, ictimai tədbirdə görünməsi ilə yanaşı, xarici görünüşündəki nəzərəçarpan dəyişikliklərlə də diqqət mərkəzinə düşüb.
Bruklin kameralar qarşısına uzanmış saçları ilə çıxıb. Saçlarında artıq ilk ağ tellər də nəzərə çarpıb. O, tədbir üçün ağ köynək, sərbəst şəkildə bağladığı qara qalstuk, dəri gödəkçə və kargo şalvar seçib.
Onun yanında həyat yoldaşı, aktrisa Nikola Pelts də göz oxşayıb. O, qara top, beli aşağıda olan yubka və zərif hündürdaban ayaqqabılar seçib. Cütlük əl-ələ tutaraq fotoqraflara həvəslə poz verib.