Amerikalı aktrisa və müğənni Teyana Taylor yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
OLAY yazır ki, ulduz “Allure” jurnalının üz qabığı üçün parlaq çəhrayı saç rənginə üstünlük verib.
Fotosessiya zamanı sənətçi bir neçə fərqli obrazda kamera qarşısına keçib. Jurnalın üz qabığı üçün “Saint Laurent” brendinə məxsus mavi bodi və “Cartier” zinət əşyaları ilə poz verib. Digər fotolarda isə eyni moda evinin yarımşəffaf geyimində görüntülənib. Bundan əlavə, aktrisa çəkiliş çərçivəsində özünəməxsus tünd rəngli qısa saç düzümü ilə də kamera qarşısına keçib.