2026-cı il “Governors Awards” mükafatlandırma mərasimi onlarla məşhurun iştirakı ilə baş tutub.
OLAY yazır ki, Zendaya, Aleksander Skarsqård, Şarlz Teron, Timoti Şalame, Florens Paq və Cafar Cekson Hollivuddakı “Ray Dolby Ballroom”da keçirilən tədbirə qatılan 100-dən çox məşhur sima arasında yer alıblar.
Məlumat üçün bildirək ki, Amerika Kino Sənəti və Elmləri Akademiyası hər il bu mərasimdə fəxri “Oskar” mükafatlarını təqdim edir. “Oskar” mükafatlandırma mərasimindən bir neçə ay əvvəl keçirilən qapalı tədbir mükafatlar mövsümünün əsas görüş məkanlarından biri hesab olunur. Burada potensial namizədlər bir araya gələrək mükafatlar mövsümünə start verirlər.