59 yaşlı britaniyalı teleaparıcı Reni Hunderkamp “GB News” kanalının canlı yayımında üçüncü övladını gözlədiyini açıqlayıb.
OLAY yazır ki, hazırda hamiləliyinin 12-ci həftəsində olan aparıcı bu prosesin heç də asan keçmədiyini etiraf edib. O, əvvəlcə yumurta hüceyrələrini dondurub, daha sonra süni mayalanma (IVF) proseduru üçün üç dəfə Polşaya səfər edib.
“Bunun asan başa gəldiyini deməyəcəyəm, çünki belə olmayıb. Üç cəhd lazım gəldi. Elə anlar olub ki, burada, canlı yayımda oturarkən növbəti səfərimin də nəticəsiz qaldığını anlayırdım”, deyə Hunderkamp bildirib.
Aparıcının həmkarları ona studiyada cinsiyyət açıqlama mərasimi təşkil edərək sürpriz ediblər. Körpənin cinsiyyətini açıqlayan tortun kəsilməsi ilə Reni qız anası olacağını öyrənib.