Disney-in böyük maraqla gözlənilən animasiya janrındakı davam filmi “Zootropolis 2” (Zootopia 2) viziona daxil olan kimi dünya üzrə kassalarda partlayış yaradaraq 556 milyon dollarlıq qlobal açılışa imza atıb.

OLAY yazır ki, bu açılışla film bütün dövrlərin ən yaxşı başlanğıc edən layihələri sırasına qatılıb və “Avengers: Endgame”, “Avengers: Infinity War” və “Spider-Man: No Way Home” filmlərindən sonra dördüncü ən böyük qlobal açılış kimi qeydə alınıb. Film eyni zamanda animasiya kateqoriyasında da yeni bir səhifə açıb.

Film həmçinin beynəlxalq bazarda 400 milyon dollar, Şimali Amerikada isə 156 milyon dollar qazanaraq həm Disney-in, həm də animasiya kinematoqrafiyasının rekordlarını alt-üst edib. Beləliklə, Disney-in 102 illik tarixində bir animasiya filminin çatdığı ən yüksək qlobal açılış rekordu “Zootropolis 2”-yə məxsus olub.

 “Zootropolis 2” filmi rekord qırdı