Türk aktyor Aytaç Şaşmaz yeni serialda rol alacaq.
OLAY yazır ki, o “Sevdiğim sensin” adlı serialda əsgər obrazını canlandıracaq. Aktyorun tərəf müqabili Helin Kandemir olacaq. Şaşmaz “Erkan” , Kandemir isə kəndli qızı “Dicle” obrazını canlandıracaq.
Aktyor yeni layihəsi ilə bağlı danışarkən həyəcanlı olduğunu bu sözlərlə qeyd edib:
“2017-ci ildə “Söz” serialında hərbçi obrazını canlandırmışdım. Əsgər obrazını canlandırmaq üçün təkrar forma geyəndə nə qədər darıxdığımı hiss etdim, xatirələrim yenidən canlandı.
Mən şəxsi həyatımda da canlandıracağım “Erkan” obrazı kimi yaxşılıq yaymağı sevən biriyəm. Başqalarının dərdləri üçün həyatını ortaya qoya biləcək bir insandır”.