Aktrisalar Sabrina Karpenter və Margaret Qualley Tom Hollandın “Fred Astaire” obrazını canlandıracağı yeni bioqrafik filmin aktyor heyətinə qoşulublar.

OLAY yazır ki, Sabrina Karpenter Astairin kino tarixindəki ən məşhur rəqs partnyorlarından biri olan “Ginger Rogersi”, Margaret Qualley isə Fredin böyük bacısı və karyerasının ilk rəqs partnyoru “Adele Astaire”ni canlandıracaq.

“Paddington” və “Wonka” filmlərinin rejissoru Paul Kingin çəkəcəyi ekran işi “Fred” və “Adele Astaire”in Broadway və Londonun West End səhnələrində başlayan karyeralarından “Fred”in Hollivuda uzanan yoluna fokuslanacaq.

Ginger Rogers də bu hekayənin mühüm hissələrindən biri olacaq. Astaire və Rogers 1930-cu illərdən etibarən birlikdə doqquz filmə çəkilərək kino tarixinin ən ikonik rəqs tərəfdaşlıqlarından birinə çevriliblər.

Sabrina Karpenter və Tom Holland eyni filmdə Sabrina Karpenter və Tom Holland eyni filmdə