“Netflix” media nəhəngi “Warner Bros.”-u satın almaq məqsədilə verdiyi 82,7 milyard dollarlıq təklifi yeniləyib.
OLAY yazır ki, “Netflix” bu məbləğin hamısını nağd şəkildə, hər səhm üçün 27,75 dollar hesabı ilə ödəməyi planlaşdırır. Əvvəlki açıqlamalarda alqı-satqının nağd və səhm qarışığı formasında həyata keçiriləcəyi bildirilmişdi. Lakin şirkət son qərarla tam nağd ödəniş modelinə keçib.
Qeyd edək ki, əvvəlki razılaşmada Netflix hər səhm üçün 23,25 dollar nağd təklif etmiş, qalan məbləğin isə “Netflix” səhmləri ilə ödənilməsi nəzərdə tutulmuşdu. Yenilənmiş təklifin tərəflər arasında danışıqlara necə təsir edəcəyi isə maraqla gözlənilir.